Quantcast
Channel: تورکجه یازقیلار ، شعر و ادبيات توپلومو
Viewing all articles
Browse latest Browse all 94

سنسیزله میشم

$
0
0

 

 

سن سیز له میشم

باخ گولوم گلدی باهار آچدی بولاق لار گؤزونو

یار اینانما بو گؤز یاشلاری باغلار گؤزومو

قورخورام سنسیز اؤلم، آغلایاسان آرخامجا

آخی اؤلسم ملکیم کیم سیلر آغلار گؤزونو

نه قده ر گؤینه میشم، نه قده ر سیزلامیشام

نئجه یالقیزلامیشام، یار نئجه یالقیزلامیشام، آه نئجه یالقیزلامیشام

بو کؤنول دفترینه، درد، کده ر یازدی فلک

بو غریب طالعیمه گؤرکی نه لر یازدی فلک

نه یلریم آخی من سنسیزلیگه اؤیره شمه میشم

منه غربتده کئچن، عؤمرو هده ر یازدی فلک

آه نه قده ر گؤینه میشم، گؤز یاشین گیزله میشم

نئجه سنسیزله میشم، یار نئجه سنسیزله میشم

sənsizləmişəm

bax gülüm gəldi bahar açdı bulaqlar gözünü

yar ınanma bu göz yaşları bağlar gözümü

gorxuram sənsiz öləm ağlayasan arxamca

axi ölsəm mələyim kim silər ağlar gözünü

nə qədər göynəmişəm nə qədər sizlamışam

necə yalqızlamışam yar necə yalqızlamışam ah necə yalqızlamışam

bu könül dəftərinə dərdo kədər yazdı fələk

bu qərib taleimə gör ki nələr yazdə fələk

neyləyim axı mən sənsizliyə öyrəşmşmişəm

mənə qürbətdə keçən ömrü hədər yazdı fələk

ah nə qədər göynəmişəm göz yaşın gizləmişəm

necə sənsizləmişəm yar necə sənsizləmişəm


Viewing all articles
Browse latest Browse all 94